"Vahid Milli Hərəkat"ın üzvləri və tərəfdarları Rustavi həbsxanası önündə etiraz aksiyası keçiriblər.
Belə ki, partiyanın liderləri və tərəfdarları etiraz aksiyasına qoşulmaq üçün partiyanın ofisindən avtomobil karvanı ilə Rustavidəki 12-ci cəzaçəkmə müəssisəsinə yola düşüblər. Partiyadan verilən məlumata görə, etirazçılar Rustavi həbsxanasının önünə toplaşacaq və orada üçüncü prezident Mixeil Saakaşviliyə ümidverici şuarlarla müraciət ediblər. Partiya liderlərindən biri Levan Xabeişvilinin sözlərinə görə, bu aksiya "qeyri-insani rəftar edilən və həyatı təhlükə altında olan" Mixeil Saakaşvili ilə həmrəylik mitinqidir: “Bu, prezident Saakaşvili ilə həmrəylik mitinqidir. Bu ölkəyə iqtisadi böhran dövründə milyardlarla dollar sərmayə gətirə bilən ölkənin əsas investoruna qarşı qeyri-insani rəftar edilir və onun həyatı təhlükə altındadır. Onlar konkret tədbirlər görmək əvəzinə, Saakaşviliyə qarşı cəza tədbirləri görməyi düşünürlər, ona görə də Gürcüstan vətəndaşları Saakaşvilinin qanunsuz həbsinə etiraz etməkdə davam edəcəklər", - deyə Levan Xabeişvili bildirib.
Beynəlxalq təşkilatlar da bir müddət əvvəl Saakaşviliyə qarşı qaba rəftarla bağlı narahat olduqlarını bildirmiş, ciddi bəyanatlar yaymışdılar...
A.Məmmədli