...Bu gün biz, Xocalı soyqırımının sonrakı ildönümü qarşısındayıq.

Gələnəksəl olaraq, yeni seminarlar keçirməyi, köhnə şəkilləri yenidən nümayiş etdirməyi, Xocalı abidəsinin böyür-başını gül-çiçəklə bəzəməyi planlaşdırırıq. Ancaq gələcək soylara deməyə, ümid verəcək, sözümüz yoxdur. Qarabağ uğrunda savaşdıq, minlərlə şəhid verdik. Bununla belə, Xocalı yenə erməninin əlindədir, erməniliyi qoruyan Rusiya yenə Xocalıdadır. Oradan bizi yeni “Xocalı” olaylarının olacağı ilə hədələməkdədir. 

Tarixdən bəllidir, Rusiya imperiya kimi qurulub. Çünkü öz varlığı, torpağı  dövləti olmayıb. Türkləri assimilyasiya yolu ilə onların torpaqlarında varlığını oluşdurubdur. Ruslar, bildiyim qədər, Skandinaviyadan gəlmiş ros tayfalarıdır. Böyük qırğınlar bahasına Türk yurdlarında özlərinə dövlət qura bildilər. Bir var, kiminsə dövləti ola, onu qorumaq, genişləndirmək üçün imperiya yarada. Bir də var, başqalarının dövlətini yıxıb yerində öz dövlətini qura. Rusiya belə yaranıb. 

Ancaq nə olur olsun, heç bir imperiya sonsuzluğa qədər humanizm oyunları oynayıb başqalarını əsarətdə saxlaya bilməz. Ona görə onun bir yolu qalır, çağaşırı zor işlətmək, başqalarını zorla özünə boyun əydirmək. Belə bir zorakı dövlətin nə vaxtsa ədalətli olacağı, başqalarının haqqını tanıyacağı heç kimin ağlına gəlməməlidir. Rusiyanın nə vaxtsa adil olması – mövcudluğunu itirməsi deməkdir. Adil olmaq basqı altında tutduğu xalqlara özgürlük, bağımsızlıq vermək deməkdir. Rusiya bunu eləmir, eləməz. 

 

Rusiya açıq qırğınlar törətməkdən çəkinmir. Bu onun xislətidir. Ancaq arada “humanizm” pərdələrindən yararlanmağı da gərəkli bilir. Eləcə də, uzaq nöqtələrdən baş qaldıracaq dirənişləri qarşılamaq üçün qlobal tədbirlər görür. Bu tədbirlərin adı seperatizmdir. Rusiyanın qurulduğu tarixdən üzü bu yana, ən böyük seperatçılıq faktı ermənilikdir. Ermənilik – Rusiyanın mövcudolma şərtlərindən biridir, birincisidir. Bu cür hibrid bir imperiyanı qorumaq üçün Rusiyaya, özü kimi tarixi keçmişi, mənəvi dəyərləri, bəşəri mədəniyyətə qatqısı olmayan bir yaratığı bəlaya çevirmək gərək idi. Rusiya bunu bacardı... 

Başqasının torpağında özünə dövlət qurmaq gələnəyi öncələr də olub. Ancaq başqasının tarixi keçmişini, milli-mənəvi dəyərlərini oğurlamaq üçün  davamlı siyasi intriqalar, qırğınlar, qan-qadalar törətmək İnsanlıq adına bütünlüklə tərsdir. Ermənilik bu tərslik üzərində qurulub, İnsanlıq adına ləkədir. Belə bir toplum üçün mənəvi ölçü, vicdan, ədalət anlamını itirmiş durumdadır. Ona görə Xocalı soyqırımı baş verməli idi. Baş verdi. 

 

Tarixin ayrı-ayrı dönəmlərində də, sivil topluma qarşı ayrı-ayrı qruplar vəhşiliklər törədiblər. Ancaq belə bir vandalizmin arxasında bütöv bir toplumun durması, erməniliyə xas bir cəhətdir. Zori Balayan kimi, hərfi anlamda, qan içən, körpəyə edilən işgəncədən həzz duyan bir cəlladı özünün alimi, milli şəxsiyyəti sayan bir toplum haqqında başqa cür düşünmək mümkün deyil. Bütöv bir toplumun içindən, belə bir eybəcərliyin təbliğinə qarşı, ən ilkin İnsanlıq koşullurı ilə olsa da, yox deyən, etiraz edən erməniyə rast gəlmədik. Belə vəhşiliklərin gerçəkləşməsinə yardım edən, vəhşi bir toplumu daim vandalizmə həvəsləndirən Rusiyanı necə sivil, qabaqcıl saymaq olar?! Xocalı soyqırımını erməninin əli ilə törətdi, “20 Yanvar”ı isə birbaşa özü gerçəkləşdirdi. Hələ uzaq, yaxın tarixdə elədiklərini demirik. 

Kimsə deyə bilər, Rusiya necə süni varlıqdır ki, min ildir var?! Ya da, Rusiya necə erməni ilə tutuşdurula bilər ki, son yüzillərdə dünyaya örnək verən ədibləri, düşüncə adamları yetişdi?! Bu sual həm doğaldır, həm də haqlıdır. Rusiya dövlət kimi oturuşdu. Öz içinə yönəlik, daim yeni gəlişmə strategiyaları üzərində işlədi. Rusiya erməni kimi yönətilən deyil, yönətəndir. (Bununla belə, yaradıcı insanların çoxu assimilyasiya elədiyi toplumların arasından çıxdı). Ancaq bütün bu fərqlər, üstünlüklər Rusiyanın erməni vəhşiliklərinə ortaq olmasını ortadan qaldırmır. Tarix boyu Rusiyanın maarifçiliyi də, mədəniyyətinin yayılması da, humanizm adına atdığı addımlar da yalnız əsarət yaradıbdır. Ən çox bu əsarətin altında inildəyən toplumlardan biri bizik. Rusiyanın qurduğu seperatizm oyunları ən çox bizi  sıradan çıxarır, dağınıqlığa uğradır, parçalanmışlığımızı qoruyub saxlayır. Bu gün də içimizdəki Rusiyaseverlik Azərbaycan üçün ölüm saçan epidemiya kimidir. Bu epidemiyanı yayanları çağaşırı başımızda tutub qoruyanlara dirəniş göstərmək – böyük ideyalarla uğraşmağı, milli ideologiya gəlişdirməyi gərəkdirir. Bu dünən də belə idi,  bu gün də. Dünəni ötürmüşük, bu gün isə gecikirik...

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Soylu Atalı

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN