Bakıda oğurluqda təqsirləndirilən Mahir Əlizadəyə hökm oxunub və o, 7 il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Hökmə əsasən, təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib və barəsində həbs qətimkan tədbiri seçilib. M.Əlizadə məhkəmə iclas zalında həbsə olunub.

İttiham aktına əsasən, oğurluq hadisəsi 2021-ci il iyunun 19-da paytaxt ərazisində qeydə alınıb.

Belə ki, M.Əlizadənin ögey bacısı Lyudmila Əlizadə Nərimanov rayonu, Təbriz küçəsi, 15-ci məhəllə, 115 nömrəli evin 4 saylı mənzilindən Rusiyanın Moskva şəhərinə getmək məqsədilə hava limanına yola düşüb. Təqsirləndirilən şəxs isə zərərçəkmiş və qeyrilərinə məxsus çantaları idarə etdiyi avtomobilə daşımaqda kömək etmək adı ilə götürüb. O, həmin çantalar arasında olan kiçik əl çantasından L.Əlizadəyə məxsus 252 012 manat pulu oğurlayıb.

Daha sonra L.Əlizadə hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

İstintaq tərəfindən M.Əlizadənin barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (Oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, məhkəmənin qərarı ilə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN