Müxalif  millətçi “Ermənistan” və “Mənim namusum var” fraksiyalarının deputatları isə seçkiləri boykot ediblər.

Dünən Ermənistan Milli Assambleyası  ilk turda ölkənin yeni prezidentini seçə bilməyib. “Ermənistan”KİV-nin məlumatına görə, səs verən 69 deputatın hamısı yeganə namizədə – Yüksək Texnologiyalar Sənayesi Nazirliyinin rəhbəri Vahan Xaçatryana səs verib. Lakin bu, prezidentliyə namizdə kifayət etməyib. Çünki Xaçatryanın 12 səs əskikliyi olub – onun birinci turda qalib gəlməsi üçün 81 səs lazım idi. Səsvermədə  yalnız 71 parlamentaridən ibarət hakim “Vətəndaş müqaviləsi” fraksiyası iştirak edib.

Müxalif  millətçi “Ermənistan” və “Mənim namusum var” fraksiyalarının deputatları isə seçkiləri boykot ediblər.

Qeyd edək ki,  “Vətəndaş müqaviləsi”  Ermənistanın baş naziri Nilol Paşinyanın təmsil olunduğu partiyadır. Və  qanunveriçi orqanda təmsil olunan 107 deputatdan,  yalnız 71  nəfəri onun partiyadaşlarıdır. Məlumatlara görə, baş nazir Vahan Xaçatryanın namizədliyini dəstəkləyir, bunun isə öz səbəbləri var..

Ölkədə Xaçatryanın qələbə çalmasına ümid edənlər ikinci turu gözləyir. İkinci turun isə bu gün keçiriləcəyi gözlənilir. Qazanmaq üçün namizədə 65 deputatın dəstəyi lazımdır.

Xatırladaq ki, ölkənin əvvəlki prezidenti Armen Sarkisyan 2022-ci il yanvarın 23-də istefa verib.

O, istefa səbəbini Ermənistanda  konstitusiya üzrə səlahiyyətlərinin olmaması, hadisələrə təsir edə bilməməsi ilə vurğulamışdı...

"Mən çox düşündüm, dörd il fəal işlədikdən sonra respublika prezidenti vəzifəsindən getmək qərarına gəldim"

Bu barədə onun rəsmi saytında dərc eidlən məlumatda deyilirdi.

Sabiq prezident bildirmişdi ki, bu qərar onun ölkənin daxili və xarici siyasətinə təsir etmək üçün lazımi alətlərə malik olmaması ilə bağlıdır.

O, Ermənistanın məzmunca deyil, yalnız formal olaraq prezident respublikası olmasından gileylənmişdi.

JASMİN

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN