Ukraynadakı vəziyyətlə əlaqədar, bu ölkədəki Azərbaycan vətəndaşlarının qonşu ölkələrdən Moldova Respublikası, Polşa Respublikası, Slovakiya Respublikası, Macarıstan, habelə Rumıniya ərazisinə keçidi davam edir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

"Xatırladırıq ki, sözügedən dövlətlərlə əldə edilmiş razılıq əsasında Azərbaycan vətəndaşlarının tranzit keçidi üçün viza tələbi müvəqqəti olaraq qaldırılıb, vətəndaşlar tərəfindən yalnız səyahət sənədi təqdim edilir, COVID-19 pasportu və PCR testinin neqativ nəticəsi mütləq şəkildə tələb edilmir.

Ukraynada hərbi əməliyyatların başlanmasından bu günədək quru yolla qonşu ölkələrdən Moldova Respublikasına 6 500 nəfər vətəndaşımız, Polşa Respublikasına 770 nəfər vətəndaşımız, Rumıniyaya 318 nəfər vətəndaşımız, Slovakiya Respublikasına isə 60 nəfər vətəndaşımız, Macarıstana 48 nəfər vətəndaşımız daxil olub.

Bu günədək Rumıniya ərazisindən həyata keçirilən 5 çarter reysi ilə 900 nəfər azərbaycanlı, xüsusilə də qadınlar, uşaqlar, yaşlılar Azərbaycana təxliyə olunub. Ukrayna ilə həmsərhəd ölkəkərdən vətəndaşlarımızın çarter reysləri, habelə avtobuslarla təxliyəsi bundan sonra da davam edəcək.

Ukraynadakı vəziyyətlə əlaqədar vətəndaşlarımıza hərbi obyektlərdən kənar olmalarını, təhlükəsiz yerdə qalmalarını, səyahətdən çəkinmələrini tövsiyə edirik.

Xüsusi hallar ilə bağlı vətəndaşlarımız Azərbaycan Respublikasının Kiyev şəhərindəki səfirliyi ilə (+380 73) 5050000 telefon xətti və This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron poçt ünvanı, Xarkov şəhərindəki fəxri konsulluğu ilə (+38057) 7000531 telefon xətti və This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron poçt ünvanı ilə, eləcə də Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin aşağıdakı qaynar xətləri ilə məlumat əldə edə bilərlər:

Telefon: +994505748595

+994506725868

+994125969422

+994125969301

Elektron poçt: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Vəziyyətin inkişafından asılı olaraq əlavə məlumat vətəndaşlarımıza təqdim ediləcəkdir", - məlumatda qeyd olunub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN