Azərbaycanın keçmiş səfiri Tələt Əliyev axtarışa verilib.
Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) saytında məlumat yerləşdirilib.
79 yaşlı diplomat Cinayət Məcəlləsinin 179-cu maddəsi (mənimsəmə və ya israf etmə) üzrə təqsirləndirilir.
Qeyd edək ki, Tələt Əliyev Azərbaycanın Ukrayna, Belarus və Moldovada səfiri kimi işləyib.
E.ŞİRİNOV