Erməni faşizmi üzərində tarixi qələbəmizdə payı olan igidlərimizdən biri, vətən yolunda canını qurban vermiş Vüsal Tofiq oğlu Rzayevin doğum günü böyük izdiham və şəhidin ölməz ruhuna sayğı ilə keçirildi.

Əvvəl Xətai rayon İcra Hakimiyyəti, Vüsalın təhsil aldığı Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, valideynlərinin çalışdığı Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun rəhbərliyi rayon ictimaiyyətinin nümayəndələri ilə birgə, şəhidin doğulub böyüdüyü ünvanda “Şəhid bulağı” xatirə kompleksini və Dədə Qorqud qəbirstanlığındakı müqəddəs məzarını ziyarət edərək, üzərinə gül dəstələri düzdülər.    

Tədbir daha sonra Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin akt zalında davam elədi. Xətai rayon İcra Hakimiyyəti ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Anar Məmmədov, Peşə Təhsil Mərkəzinin direktor əvəzi Kifayət Bayramova, humanitar təmayüllü məktəb-liseyin müəllimi Təhminə Hacıyeva, Müdafiə Sənayesi Nazirliyi Elmi-Tədqiqat İnstitutunun əməkdaşları Əflatun Məmmədov və Cəfər Xələfov, şəhidin atası Tofiq Rzayev çıxış edərək Vüsal Rzayevin ömür və döyüş yolu barədə söhbət açdılar, vətən, xalq uğrunda əbədiyyətə qovuşanların heç zaman unudulmayacağını bildirdilər. Ölkə rəhbərliyinin şəhid ailələri və qazilərə qayğısı, müharibə iştirakçılarının sosial müdafiəsi yönündə imzalanan çoxsaylı sərəncamlara müvafiq görülən işlər vurğulandı.

Tərbiyə işləri üzrə direktor müavini Zibaxanım Cəfərlinin yaxından iştirakı ilə Peşə Təhsil Mərkəzinin tələbələri və humanitar təmayüllü məktəb-liseyin şagirdlərinin hazırladığı “Cənnətdəki mövludun mübarək, Vüsal” adlı ədəbi-bədii kompazisiya böyük maraqla qarşılandı.

Vüsal Tofiq oğlu Rzayev 1996-cı ilin 14 aprelində Şabran rayonunda dünyaya göz açıb. Sonra Rzayevlər ailəsi paytaxta köçdüyündən 2003-cü ildə 5 saylı litseydə ibtidai təhsilə başlayıb. Orta məktəb illərində dərsləri ilə yanaşı, idmana da maraq göstərib, güləşlə məşğul olub. 2015-ci ildə Bakı Peşə Liseyini bitirib və iyulun 3-də həqiqi hərbi xidmətə çağırılıb. Təlimdə çevikliyinə, fiziki göstəricilərinə görə fərqlənib, baş atıcı vəzifəsində peşəkarlığı, nizam-intizamı ilə seçilib, verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirib. Murovda ən yüksək mövqe sayılan Koroğlu postunda erməni kəşfiyyatçıların yaxalanıb zərərsizləşdirilməsi məhz onun ayıq-sayıqlığı sayəsində baş tutub. 2016-cı il Aprel savaşına qatılıb - Lələtəpə, Cocuq Mərcanlı və digər strateji məkanların azadlığı sevincini yaşayıb. Fəal döyüş qabiliyyətinə görə komandanlığın təşəkkürnamələri və Fəxri fərmanı ilə təltif edilib.

2020-ci il oktyabrın 14-də Füzuli uğrunda döyüşlərdə şəhadət zirvəsinə yüksəlib, mübarək nəşi 54 gün sonra tapılaraq dekabrın 10-u torpağa tapşırılıb.

Şəhid Vüsal Tofiq oğlu Rzayev “Vətən uğrunda” və “Füzulinin azad olunmasında görə” medalları ilə təltif olunub.

Allah rəhmət eləsin.

Qurban Məmmədli,

jurnalist

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN