Hindistanda qeyri-adi, hətta dünyada tayı-bərabəri olmayan məhkəmə davası qaldırılıb.

 Belə ki, ölkənin şimalındakı Uttarakhand əyalətində 6 illik evlilikdən sonra nəvə bəxş edə bilmədikləri üçün valideynləri tərəfindən ailənin yeganə oğlu və arvadı məhkəməyə verilib.

61 və 57 yaşlı Sanjeev və Sadhana Prasad oğlunu məhkəməyə verərək bildiriblər ki, qazandıqları pulu oğullarının böyüdülməsinə xərcləyiblər, həmçinin pilot təhsili ilə yanaşı dəbdəbəli toy üçün pul ödəyiblər.

 Cütlük bir il ərzində nəvələri doğulmasa, təxminən 650 min dollar təzminat tələb edir.

Son dərəcə qeyri-adi iddia “ruhi təzyiq” zəminində açılıb.

Cənab Prasad qənaət edərək yığdığı pulun hamısını oğluna xərclədiyini və onu 2006-cı ildə 65.000 dollar qarşılığında pilot təhsili üçün ABŞ-a göndərdiyini söyləyib.

Times of India-nın xəbərinə görə o, 2007-ci ildə Hindistana qayıdıb, lakin iş yerini itirdiyi üçün ailəsi onu iki ildən çox maddi cəhətdən təmin etmək məcburiyyətində qalıb.

35 yaşlı Şri Saqar, nəhayət pilot kimi işə düzəlib və 2016-cı ildə evlənib.

Valideynləri bildiriblər ki, onlara beşulduzlu oteldə toy, 80 min dollarlıq lüks avtomobil və xaricdə bal ayı üçün pul ödəyiblər.

 Prasad "Oğlum altı ildir evlidir və hələ də uşaq düşünmürlər. Heç olmasa, birlikdə vaxt keçirəcəyimiz bir nəvəmiz olsa, dərdimiz dözüləcək hala gələr", - deyə açıqlayıblar.

 Cütlük isə valideynlərinin bu iddiasına münasibət bildirməyiblər.

Doğrudan da heyrətamiz iddiadır...

 

 JASMİN

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN