"Baku Electronics"in müştərisi qəribə olayla üz-üzə qalıb.

Belə ki, Zaur Şirəli adlı Bakı sakini bir müddət əvvəl sözügedən mağazalar şəbəkəsindən mobil telefon alıb. Özü də qızıl zəmanətlə...

Narazı vətəndaş bildirir ki, buna baxmayaraq, qızıl zəmanətin ona heç bir faydası olmayıb.

Z.Şirəlinin sözlərinə görə, qıza müddətdən sonra telefonu xarab ol və o, "Baku Electronics"ə müraciət edib: "Telefonumun ekranı düzəlməlidir. Aparıb onların servisinə təqdim edirəm, deyirlər ki, telefonun ehtiyat hissələri yoxdur. Amma adi dükana aparsam, iki dəqiqə ərzində problemi həll edib verərlər.

Bunlar isə Ukrayna-Rusiya müharibəsini bəhanə gətirirlər. Nəyə görə bu müharibə "Baku Electronics"in fəaliyyətini iflic vəziyyətinə salıb?"

İddia olunanlarla bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN