Lənkəranda Vətən müharibəsi şəhidi Orxan Quluzadənin doğum günü ilə əlaqədar anım mərasimi keçirilib.

Heydər Əliyev Mərkəzində keçirilən anım mərasimində şəhidin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, Dövlət Sərhəd Xidmətinin əməkdaşları, şəhid ailələri və gənclər iştirak ediblər.

Bölgə müxbirimiz xəbər verir ki, mərasim torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Çıxış edənlər şəhid Orxan Quluzadə haqqında xatirələrini bölüşüb, onun şərəfli və çətin döyüş yolundan bəhs ediblər. Bildirilib ki, Orxan 1994-cü il iyunun 29-da Lənkəran şəhərində anadan olub. Uşaqlıqdan idmana və hərb sənətinə böyük həvəsi vardı. O, bir müddət qaydasız döyüşlə məşğul olub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Xidmətini kəşfiyyat bölüyünün manqa komandiri vəzifəsində, kiçik çavuş rütbəsində başa vurub. Daha sonra 2017-ci ildə yenidən hərbi xidmətə qayıdıb. Dövlət Sərhəd Xidmətinin xüsusi təyinatlı giziri Orxan Quluzadə Vətən müharibəsində düşmənə qan uddurub. O, noyabrın 8-də Zəngilanda, Şükürtaz yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Göstərdiyi şücaətlərə görə “Qarabağ” ordeni, "Vətən uğrunda" və "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Ailəli idi, bir qız övladı var.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran nümayəndəliyi və Lənkəran Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbir çıxışlardan və ədəbi-bədii kompozisiyalardan sonra şəhid Orxan Quluzadənin şəxsi əşyalarının nümayiş olunduğu sərgi ilə davam edib. Tədbir iştirakçılar Mərkəzin foyesindəki sərgiyə baxış keçiriblər.

Sonda Lənkəran şəhər 4 nömrəli Humanitar Təmayüllü Məktəb-Liseyin və Darquba kənd tam orta məktəbinin şagirdləri tərəfindən ədəbi-bədii kompozisiya təqdim olunub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN