booked.netbooked.net booked.net  

Qadınlar biznesdə çox iddialıdırlar, fəaliyyətlərini genişləndirmək üçün biliklərini dərinləşdirməyə çalışırlar.

Çünki anlayırlar ki, öz gəliri, öz pulu olan qadın müstəqil olur, azad olur və kişi zorakılığından daha çox qorunur.

Bu fikri Gürcüstanın Qadın Sahibkarlar Şurasının sədri Natia Meparişvili bildirib.

O, KİV-ə açıqlamasında Azərbaycandakı qadın sahibkarların mütərəqqi baxışlarının və iqtisadi təhlillərinin onu heyran etdiyini bildirib.

Natia Meparişvili vurğulayıb ki, Gürcüstanda kişilərin 74,8%-nin, qadınların 56,3%-inin fikrincə,  qadın peşəkar karyerasından çox ailədəki roluna görə qiymətləndirilməlidir və o bu düşüncənin  statistikaya yansıdığını  qeyd edib.

Bildirib ki, ölkəsində 2019-cu ildə cəmi 14.451 qadın sahibkarlıq fəaliyyətinə başlasa da,  27.490 kişi öz biznes müəssisəsini qeydiyyatdan keçirib.

Qeyd edək ki, statistik məlumatlara görə, 2022-ci ilin 1 yanvar tarixinə ölkəmizdə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş sahibkarların 21,4%-ni qadınlar təşkil edib. Qadın sahibkarların əsas hissəsi xidmət (52,4%), kənd təsərrüfatı (24%) və digər sahələrdə fəaliyyət göstərirlər.

İşğaldan azad olunmuş ərazilərimizdə biznes qurmaq istəyən, eləcə də iş və xidmətlərini təklif edən sahibkarlardan indiyədək KOBİA-ya 1000-dən çox müraciət daxil olub ki, bunun 50-yə yaxını qadın sahibkarlara məxsusdur.

Azərbaycan Respublikası 1995-ci ildə qadınlara qarşı bütün növ ayrı-seçkiliyin ləğv olunması barədə Konvensiyanı, eləcə də insan haqları üzrə əsas beynəlxalq sənədləri qəbul etmiş və onlara qoşulmuşdur.

Xatırladaq ki, noyabrın 23-də Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının təşkilatçılığı ilə Qlobal Sahibkarlıq Həftəsinə həsr edilmiş “Üfüqdə yeni fürsətlər: qadın sahibkarlara yaşıl işıq” adlı V Forum keçirilib. Ekspert Natia Meparişvili həmin forumda iştirak edib.

 

Y.MƏMMƏDLİ

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN