Rusiya və bəzi digər dövlətlər enerji resurslarından silah kimi istifadə edirlər ki, bu da bütün dünyada enerji sahəsində vəziyyəti ciddi şəkildə dəyişir.

TASS xəbər verir ki, bunu Yaponiyanın baş naziri Fumio Kişida deyib.

Siyasətçi ucuz və sabit Rusiya resurslarından enerji asılılığına görə Avropadakı vəziyyəti dəhşətli adlandırıb. “Avropa onilliklər ərzində Rusiyadan sabit və ucuz enerji təchizatı əsasında həyat və istehsal haqqında düşünür. Lakin Rusiyanın Ukraynaya təcavüzü [Avropanın] gələcəyinin mənzərəsini kökündən dəyişdi, vəziyyət dəhşətli oldu”, - Kişida bildirib.

Baş nazir Yaponiyanın Yaxın Şərqdən enerji təchizatından çox asılı olduğuna da diqqət çəkib. O, Atom Elektrik Stansiyalarından istifadənin zəruriliyini qeyd edib. Onun sözlərinə görə, bu, ölkəni enerji resursları ilə təmin etmək və karbonsizləşdirmə vəzifəsini yerinə yetirmək baxımından vacibdir.

Kişida daha əvvəl demişdi ki, dünya COVID-19 pandemiyası və Ukraynadakı münaqişə səbəbindən “tarixi dönüş nöqtəsində”dir. G7 ölkələrinin mesajında ​​o vurğuladı ki, G7 status-kvonu güc, hədə və ya nüvə silahından istifadə etməklə dəyişdirmək üçün hər hansı birtərəfli cəhdi rədd edir, “və qanunun aliliyinə əsaslanan beynəlxalq nizamı dəstəkləyir”.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN