KOB-lar dünyada əlavə dəyərin 60%-dən çoxunu və iş yerlərinin 70%-dən çoxunu təmin edir.
Ona görə də bu sektorun geri qalmaması və rəqəmsal zəmanəyə uyğunlaşması vacibdir.
Bunu Konqolu iqtisadçı Kumo Paskal kiçik və orta biznesin problemlərindən danışarkən bildirib.
Bəs rəqəmsallaşmanın KOB-lar üçün faydaları nədən ibarətdir?
İqtisadçı qeyd edib ki, rəqəmsallaşma sahibkarlara biznesi səmərəli və innovativ şəkildə aparmaq imkanı yaradır və onun bir çox üstünlükləri var, çünki kağızın təhlükəsizliyinə zəmanət vermək getdikcə çətinləşir.
“Rəqəmsal prosesin işə salınması bir çox KOB-lar üçün böyük addımdır. Bu, xüsusilə kiçik sahibkarlara aiddir. Onlar yeni texnologiyaların xüsusi biznes tətbiqlərinə çevrilməsində çətinlik çəkirlər. Sadəcə, onların bu məsələ ilə məşğul olmağa vaxtı, biliyi və bacarığı çatmır. Bununla belə, KOB-ların müştərilərin istəklərindən xəbərdar olması və öz biznes proseslərini optimallaşdırmaq üçün rəqəmsallaşmanın verdiyi imkanlardan istifadə etməsi zəruridir”,- deyə bildirib.
O, vurğulayıb ki, iş dünyasında çoxlu problemlər, xüsusən də gözlənilməz problemlər olur.
“Xərclərin artması və gəlirlərin azalması KOB-ların üzləşdiyi ən böyük problemlərdəndir. Bu, müxtəlif səbəblərdən milyonlarla şirkət üçün baş ağrısıdır. Bacarıqlı işçi qüvvəsinin itirilməsi də KOB üçün ciddi məsələdir. Həmçinin yeni ofisin açılması bir çox çətinliklər yaradır. Müştəri əldə etmək bütün dünyada böyük və kiçik bizneslərin üzləşdiyi problemdir. Aydındır ki, güclü brend imicinə görə böyük şirkətlər üçün yeni müştərilər cəlb etmək daha asandır”, - deyə iqtisadçı diqqətə çatdırıb.
JASMİN