Bu il Norveçdə neft hasilatı 6,9 faiz artaraq sutkada 2,02 milyon barelə çatacaq, 2025-ci ilə qədər isə 4,3 milyon barelə çatdırılması planlaşdırılır. Reuters xəbər verir ki, bu barədə Norveç Neft İdarəsinin bəyanatına istinadən məlumat yayıb.
Belə kəskin artım Yohan Sverdrup yatağının işlənməsi sayəsində mümkün olub. Təbii qaz hasilatı, ilkin hesablamalara görə, əvvəlki səviyyədə - ildə 122 milyard kubmetr olacaq.
Norveç dünyanın ən böyük neft və təbii qaz ixracatçılarından biridir, bu il Avropa qaz bazarında əsas rəqibi Rusiyanı üstələyib. Eyni zamanda, krallıq Avropa qitəsində enerji təhlükəsizliyini təmin etmək üçün sənayeyə investisiyaları, o cümlədən yeni yataqların kəşfiyyatını artırmaq niyyətindədir.
Ötən ilin dekabrında Rosstat Rusiyada neft hasilatının sutkada 9,8 milyon barel səviyyəsində olduğunu bildirmişdi. Daha sonra baş nazirin müavini Aleksandr Novak 2023-cü ilin əvvəlində hasilatın müvəqqəti olaraq 500-700 min azalacağını istisna etməyib.
Artıq bir aydır ki, Avropada Rusiya neftinin dənizə nəqlinə embarqo qüvvədədir. Eyni zamanda, yanvar ayından Almaniya hətta “Drujba” neft kəməri ilə nəqldən də imtina edib. Bu fonda Rusiyanın əsas ixrac markalı Urals neftinin qiyməti 40 dollar/barelə yaxınlaşır ki, bu da Brend-dən iki dəfə ucuzdur.
Kənan ŞİRİNOV