Martın 1-dən

Özbəkistanda idxal olunan və yerli Aİ-80 markalı benzinə sıfır aksiz dərəcəsi başa çatır. Bu tarixdən etibarən həmin yanacağın qiymətində artım gözlənilir. 

Bu barədə “Özbəkneftqaz” şirkətinin mətbuat xidməti məlumat yayıb.

 Belə ki,  maye qaz yanacaqdoldurma məntəqələrinin fəaliyyətinin məhdudlaşdırılması və benzinə tələbatın artması ilə əlaqədar dekabr ayında prezidentin sərəncamı ilə ölkəyə idxal olunan, həmçinin   yerli Aİ-80 markalı benzinə tətbiq edilən aksiz vergisi və onun pərakəndə satışından aksiz vergisinin hesablanması - yığılması müvəqqəti olaraq ləğv edilib. 

 Bu tədbir 2022-ci il dekabrın 10-dan 2023-cü il martın 1-dək tətbiq edilib.

Əgər dekabrın 1-dən dekabrın 12-dək Aİ-80 markalı benzinin bir tonunun orta birja qiyməti 8,09 milyon som idisə, dekabrın 13-də aksiz sıfıra endirildikdən sonra 6,29 milyon soma düşüb. Yanacaqdoldurma məntəqələrində qiymətlər 6800-7500 somdan 5700-6000 (86 -90 qəpik arası - manatla) somadək azalmışdı.

 Məlumatda qeyd edilir ki, martın 1-dən birjada yerli Aİ-80 markalı benzinin 1 tonunun başlanğıc qiyməti 6,86 milyon som, idxal olunanınkı 8,036 milyon som, birja ticarətinin nəticələrinə əsasən isə qiymətlər orta hesabla 8,15 milyon som təşkil edəcək (1 litri üçün 6100 som).

 Gözlənilir ki, “Özbəkneftqaz”a məxsus “UNG Petro” yanacaqdoldurma məntəqələrində qiymət 6800 somadək (təqribən 1.02 AZN), xaricdən gətirilən eyni markalı benzin üçün isə 7000 somadək (təqribən 1.05 AZN)  artacaq.

 Artan qiymətə nəzər saldıqda məlum olur ki, Özbəkistanda Aİ-80 markalı benzinin 1 litrinin qiyməti 1100-1500 somadək (17 – 23 qəpik arası - manatla) bahalaşacaq.

 

JASMİN

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN