booked.netbooked.net booked.net  

Füzuli rayonunda 427 fərdi yaşayış evi hazırda qəzalı vəziyyətdədir. Həmin evlər Birinci Qarabağ Müharibəsi zamanı ziyan görüblər və onlar daha sonra qismən təmir olunsalar da əsaslı təmirə ehtiyac var.

Bunu iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov bildirib.

O, dqqətə çatdırıb ki, Füzuli rayonunda keçirdikləri görüşlərdə həmin məsələ ilə bağlı onlara mütəmadi müraciətlər daxil olur.

Vüqar Bayramov vurğulayıb ki, Milli Məclisin ötən günkü iclasında 2022-ci il Nazirlər Kabinetinin fəaliyyətinə dair hesabatla bağlı çıxışı zamanı da həmin evlərin əsaslı təmirinə dəstək olunmasını Baş nazirdən xahiş edib.

“Ümid edirik ki, bu istiqamətdə daha qısa zamanda addımlar atılacaq.

Eyni zamanda, Füzuli rayonunun qəsəbələrində içməli su problemi də var. Qaydış və Zobcuq qəsəbələrində bu problemlərin qısa zamanda həlli daha aktualdır. Hökumətdən bu məsələyə dəstək olmasını istədim”.

 JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN