"Maliyyə aktivlərinin strukturu dayanıqlı deyil və onun diversifikasiyasına ehtiyac var."
***
Milli Məclisin ötən gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin hesabatının müzakirəsi zamanı bir sıra təklifləri təqdim etdim. 2022-ci ildə regional qeyri-müəyyənliklərə və neqativ xarici iqtisadi faktorların aktiv olmasına baxmayaraq, ÜDM-də 4.6 faiz, qeyri-neft sektorunda 9.1 faiz artımın qeydə alınması ötən il də iqtisadi inkişafın drayaveri enerjidən kənar sektor olduğunu göstərir.
Bu fikri iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov bildirib.
"Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar 2022-ci ildə gizli iqtisadiyyatın payının azalmasına və iqtisadiyyatın diversifikasiyası prosesinə töhvə verib. Bu baxımdan, iqtisadi cəhətdən 2022-ci il pozitiv qiymətləndirilməlidir", - deyə o, diqqətə çatdırıb.
Lakin millət vəkili vurğulayıb ki, bütün bünlarla yanaşı hələ də qeyri-neft sektoru  büdcə xərclərini ödəyə bilmir.
"Bununla yanaşı, ilin iqtisadi yekunları göstərir ki, demək olar bütün makro-iqtisadi və fiskal göstəricilərdə proqnozlar ilə müqayisədə kənarlaşmalar var. Hətta bu kənarlaşmalar pozitiv xarakter daşısa da belə hökumət tərəfindən proqnozlaşdırma metdologiyasının təkmilləşdirilməsi çox vacibdir.
Dövlət büdcəsinin qeyri-neft gəlirləri hələ də büdcənin cari xərclərini ödəmir. Belə ki, 2022-ci ildə qeyri-neft sektoru üzrə 8 milyard 136 milyon manat ödənilib ki, bu da ümumi daxil olmaların 53.0 faizi deməkdir. Büdcənin cari xərclərinin 17 milyard 738 milyon manat olduğunu nəzərə alsaq, qeyri-neft daxil olmaları cari xərclərin 45.8 faizini təşkil edir. Bu baxımdan, bu asılılığın aradan qaldırılması vacibdir", - Vüqar Bayramov bildirib.
O, vurğulayıb ki, kredit təşkilatları 61.6 milyard manatlıq ümumi maliyyə aktivlərinin 97.2 faizini təşkil edir və investisiya şirkətlərinin ümumi aktivlərdə payı cəmi 0.2 faizdir.
"Bu isə o deməkdir ki, maliyyə aktivlərinin strukturu dayanıqlı deyil və onun diversifikasiyasına ehtiyac var. Digər tərəfdən, ötən il sığorta haqlarında 15.0 faiz, öhdəliklərdə isə 6.0 faiz azalmaq qeydə alınıb. Deməli, sığorta sektoruna daha sistemli yanaşma lazımdır.
Sosial paketin dərinləşməsi ilə yanaşı məşğulluqda dövlət sektorunun payı 52.0 faiz olması diqqəti çəkir. Bu, yüksək paydır və özəl sektorun yeni iş yerlərinin yaradılmasında payının artırılmasına ehtiyac var. Sosial islahatların bu istiqamətdə dərinləşməsi vacibdir", - deyə millət vəkili təklif verib.
JASMİN
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN