Azərbaycan İnvestisiya Şirkəti ASC (Azerbaijan Investment Company OJSC - AIC) Türkiyənin Vetal Hayvan Sağlığı Ürünləri Anonim Şirkəti ilə
heyvandarlıq sahəsi üçün bioloji preparatların istehsalı layihəsi üzrə birgə investisiya imkanlarının araşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov layihənin əsas hədəfləri haqda paylaşım edib:
- Azərbaycanda müasir tələblərə uyğun bioloji preparat və peyvənd istehsalı;
- İdxaldan asılılığının azaldılması;
- Mərkəzləşdirilmiş laboratoriyanın yaradılması, xarici təcrübənin tətbiqi və yerli mütəxəssislərin hazırlanması.