Bu gün mayın 23-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Dəstəfur kəndində sakinlərin səyyar qəbulunu keçirib.

Daşkəsən rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elmar Əliyev (Vüqarlı) "Təzadlar"a bildirilib ki, qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi və kənd sakinləri iştirak ediblər. İcra başçısı Əhəd Abıyev giriş nitqində deyib: “Müasir müstəqil Azərbaycan Respublikası möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında davamlı inkişaf yolundadır və daha böyük nailiyyətlərə doğru inamla irəliləyir. Prezidentimiz cənab İlham Əliyev sülh müqaviləsi əsasında münasibətlərin normallaşdırılmasının təşəbbüskarı kimi Ermənistanla intensiv danışıqlar aparır, ölkəmizin gələcəyi naminə regionda sülhün və sabitliyin təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Tezliklə Prezidentimiz cənab İlham Əliyevin irəli sürdüyü Azərbaycanın maraqlarına tam uyğun şərtlərlə sülh müqaviləsi imzalanacaqdır”.

 Ötən dövrlərdə Dəstəfur kəndində görülən işlərdən söz açan icra başçısı Əhəd Abıyev bununla yanaşı kənd ərazisində həlli vacib olan bir sıra sosial məsələlərə toxunub. Xüsusilə qeyd edib ki, Mollahəsənli-Əhmədli-Dəstəfur avtomobil yolunun yenidən qurularaq asfaltlaşdırılması və kəndin qazlaşdırılması ilə bağlı Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti üzrə müraciətlər olunmuşdur və tezliklə həmin məsələlərin həll edilməsi gözlənilir. İcra başçısı həmçinin Dəstəfur kənd tam orta məktəbinin əsaslı formada təmirinin nəzərdə tutulduğunu diqqətə çatdırıb. Sonra sakinlərin müraciətləri dinlənilib. Əhəd Abıyev vətəndaş müraciətlərinə baxılmasına dair tapşırıqlarını verib. Yerli icra strukturlarının səlahiyyətlərinə aid olan məsələlər yerində həll edilib. Müraciətlərin bir qismi də müvafiq nazirliklərə çatdırılması üçün nəzarət qaydasında qeydiyyata götürülüb. Qəbulda iştirak edən Dəstəfur kənd sakinləri onlara hər zaman göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

"Təzadlar"

ehed-2

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN