Neftin qiyməti bahalaşmağa başlayıb.
Belə ki, dünya birjalarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0,7 ABŞ dolları və yaxud 0,88% artıb.
TEZADLAR.AZ xəbər verir ki, "Azerlight" markalı neftin qiyməti 80,46 ABŞ dolları təşkil edib.
Lakin "Brent" markalı neftin iyul müqaviləsində bir barelinin qiyməti 2 sent və ya 0,3% ucuzlaşaraq 78,35 ABŞ dolları olub. WTI markalı neftin iyun müqaviləsində bir barelinin dəyəri isə 11 sent və ya 0,4% azalaraq 74,23 ABŞ dollarına enib.