30 may 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201040109 ISIN-li, 50 milyon manat həcmində, 1092 gün (1057 qalıq gün) olan tədavül müddətli Kuponlu, Dövlət Ortamüddətli İstiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
TEZADLAR.AZ Birjanın yaydığı məlumata istinadən xəbər verir ki, hərrac zamanı 16 investor tərəfindən qiymət intervalı 83.3171 (14.3181%) manat və 98.1933 (7.9452%) manat olan 41 sifariş təqdim edilmişdir.
İstiqrazların ödəmə tarixi 21 aprel 2026-cı ildir.
Hərrac iştirakçıları 31 may 2023-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.