Bir qrup sakin adından "Təzadlar"a şikayət məktubu göndərən tanınmış şair Eldar Nəsib yazır... "Salam, hörmətli "Təzadlar" qəzetinin readksiya heyyəti. Sizdən xahiş edirəm ki, bizim bu şikayətimizi canlandırasınız. Artıq bir aydan çoxdur ki, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, Əsəd Əhmədov küçəsi, döngə 5, 43A saylı 2 bloklu 12 mərtəbəli binada su problemi vardır. Hal-hazırdada həmin binada su yoxdur. Bina "Şərur" MTK-ya məxsusdur. Təəssüflər olsun ki, bu müddət ərzində "Azərsu" ASC-nə demək olar ki, hər gün müraciət olunub, ancaq bu problem hələ də həll olunmur. "Azərsu" problemi atır "Şərur" MTK-nın üzərinə, MTK-da atır "Azərsu"yun üzərinə. Nəticədə biz sakinlər bir aydan artıq müddətdir ki, əziyyət çəkirirk. Hətta Yasamal rayon İcra Hakimiyyətinə də bu barədə şikayət etmişik, təəssüflər olsun, hələ də bizim problemə baxılmır. Şikayət etmədiyimiz yer qalmayıb, xahiş edirəm, ictimailəşdirin, bəlkə bizə kömək edərlər...".
REDAKSİYADAN: artıq üçüncü şikayətdir ki, "Şərur" MTK- nın sakinlərə yaşatdığı bu məzmunlu problemdən bəhs olunur. Lakin inanırıq ki, problem tezliklə həllini tapacaq. Odur ki, şikayəti tədbir görülməsi üçün "Azərsu" ASC- nin aidiyyəti qurumlarına göndərildi... Əlavə məlumat veriləcək.
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN