“Azərbaycanda pambıq istehsalı üzrə torpaq, qida maddələri və su ilə bağlı ağıllı kənd təsərrüfatı təcrübələrinin genişləndirilməsi” layihəsi çərçivəsində

Pakistandan ölkəyə gətirilən 7 pambıq sortunun toxumlarından istifadə nəticəsində hər hektarın məhsuldarlığı 3 tondan 8 tona çatdırılıb.

Kənd Təsərrüfatı Nazirliyindən TEZADLAR.AZ-a verilən məlumata görə, sortlar arasında “Cotton Super” sortu ən yüksək məhsuldarlıq göstəriciləri ilə digərlərindən fərqlənib.

Layihə çərçivəsində Pakistanın Faysalabad və İslamabad şəhərlərində “Asiyada torpağın münbitliyini yaxşılaşdırmaq, şoranlıqla mübarizə aparmaq, qida maddələri və sudan istifadə səmərəliliyini artırmaq və əsas kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını artırmaq üçün iqlim əsaslı ağıllı kənd təsərrüfatı” mövzusunda keçirilən təlimdə Azərbaycanın nümayəndə heyəti iştirak edib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN