Türkiyədə bu ilin sonu üçün inflyasiya proqnozu 68,01%-ə qədər yüksəldilib.
Bunu ölkənin Mərkəzi Bankının yaydığı məlumat sübut edir.
“Sentyabr ayı üzrə sonuncu hesabatda ilin sonunda istehlak qiymətləri indeksi İQİ 67,22% hesablanmışdı. Mövcud statistikaya əsasən oktyabr ayı üçün ilin sonunda İQİ 68,01% təşkil edəcək. ”, - deyə Mərkəzi Bankdan bildirilib.
Eyni zamanda, cari andan etibarən gələcək 12 və 24 ay üçün İQİ hesablamaları inflyasiyanın müvafiq olaraq 45,28% və 25,82% olacağını göstərir.
Sentyabrın 21-də Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini növbəti dəfə 25%-dən 30%-ə qaldırıb. Bu qərar mümkün qədər tez dezinflyasiyaya nail olmaq məqsədi ilə pul siyasətinin sərtləşdirilməsi çərçivəsində qəbul edilib. 2023-cü ilin iyun ayına qədər bu nisbət 8,5% səviyyəsində qaldı. Türkiyənin siyasi rəhbərliyinin fikrincə, müəyyən gələcəkdə aşağı tempin saxlanılması inflyasiyanın qarşısını almalı idi, lakin bu baş vermədi. Qiymətlər artmaqda davam etdi, milli valyuta ucuzlaşdı.
E.ŞİRİNOV