Məlum olduğu kimi, yeni ildən pensiyalar yenə də artacaq.

Vətəndaşları isə bir sual düşündürür: Pensiyalar nə qədər artacaq?

Sualı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü,  iqtisadçı- ekspert cavablandırıb.

Onun sözlərinə görə, rəqəmlər dəqiqləşir.

Vüqar Bayramov bildirib ki, 2023-cü ilin ilk 9 ayı üzrə orta aylıq nominal əməkhaqqı artımı da elan edilib. O. diqqətə çatdırıb ki,  pensiya artımı il ərzində orta maaşın artımına uyğun hesablanacaq. Onun sözlərinə görə, yanvar ayında pensiyalar təxminən 11 faizə indeksasiya olunacaq.

 “ Bu müddətdə orta aylıq əmək haqqı 11.2 faiz artıb. Qeyd edək ki, ilk 8 ayda bu göstərici 11.3 faiz idi. Orta aylıq əmək haqqındakı artım faizi növbəti yanvar ayında pensiyaların indeksasiyası zamanı istifadə edilən göstəricidir. Yəni, bu il ərzində orta maaş nə qədər artacaqsa, pensiyalarda artım da o qədər olacaq.

Hazırda indeksləşmədə iki göstəricidən (orta aylıq əmək haqqının artım səviyyəsi və inflyasiya göstəricisi) istifadə edilir. Pensiya məbləği əvvəlki ildə orta aylıq nominal əmək haqqında artım tempinə, pensiya kapitalı isə infilyasiya göstəricisinə indeksasiya olunur. Bu ildən tətbiq olunan vahid indeksasiya sistemi bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərinin hər il yanvar ayında əvvəlki il üzrə orta aylıq əmək haqqındakı artım faizinə uyğun artırılmasını nəzərdə tutur.

Bu ilin 9 ayındakı tendensiya saxlanacağı halda gələn ilin yanvar ayında pensiyalar təxminən 11 faizə indeksasiya olunacaq. Təbii ki, daha dəqiq rəqəm 2024-cü ilin yanvar ayında elan olunacaq. Bütün hallarda, orta maaşda artım tempi yüksəldikcə, pensiyalarda daha çox artımlar müşahidə olunacaq. Bu baxımdan, orta aylıq əmək haqqındakı artım faizi yalnız ölkə iqtisadiyyatında muzdla çalışan işçilər üçün deyil, həmçinin pensiyaçılar üçün də əhəmiyyətlidir”, - deyə V.Bayramov izah edib.

 

Xatırladaq ki,  bu ilin fevralında Prezident İlham Əliyevin  "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" imzaladığı sərəncama əsasən, 2023-cü il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının, eləcə də pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsi həyata keçirilir. Nəticədə bütün növ əmək pensiyaları cari ildən etibarən 14,7 faiz, pensiya kapitalı isə 13,9 faiz artırılır. 

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN