"Tanuki", "Takahuli" və "Yaxşı qız" restoranlarının təsisçisi Aleksandr Orlov axtarılır.
“Kommersant” Rusiya Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Rusiyanın yapon mətbəxi “Tanuki” restoranlar şəbəkəsinin və “Bulldozer Group” restoran holdinqinin təsisçisi Aleksandr Orlov federal axtarışa verilib. Onun cinayət maddəsi ilə axtarışda olduğu bildirilir. Lakin hansı biri olduğu dəqiqləşdirilməyib.
Nəşrin məlumatına görə, restorator 2022-ci ilin əvvəlində Rusiyanı tərk edib. 2022-ci ilin iyul ayında o, diqqətini xaricdəki layihələrini inkişaf etdirməyə cəmləşdirəcəyini bildirirdi. Həmin ilin avqustunda o, Rusiyadakı üç aktivində 33,3% pay satdı: “Tanuki”, “Tanuki-Krasnodar” və “Tanuki-N.-Novqorod”. Bundan əvvəl Aleksandır Orlov Moskvadakı “Takahuli”, "Yaxşı qız", Lou Lou, Eshak və “Cənub” restoranlarını BƏƏ-dən olan investorlara satıb.
Xatırladaq ki, Aleksandr Orlov BƏƏ, Honq-Konq, ABŞ, Qazaxıstan və Özbəkistanda da restoranlar açıb. Lakin onun RF tərəfindən hansı səbəbdən axtarışa verildiyi müəmma olaraq qalmaqdadır...
JASMİN