booked.net booked.net  

Dünya Bankı Əfqanıstana maliyyə yardımını dayandırıb.

Bank paylaşdığı açıqlamada bildirib ki,  Əfqanıstandakı vəziyyətə, xüsusilə qadınlar üçün hökumətin tətbiq etdiyi ağır şərtlərə görə dərin narahatlıq duyurlar və buna görə də Əfqanıstanda inkişafa istiqmətli fəaliyyətlər üçün ödədikləri maliyyə yardımlarını dayandırırlar.

Daha sonra qeyd edilib ki,  Dünya Bankı beynəlxalq cəmiyyət və ortaqlarıyla müzakirələri davam etdirir: “ Çətinliklə əldə edilənləri qorumaq və Əfqanıstan xalqını dəstəkləməyə davam etmək üçün yollar araşdırılır”.

Qeyd edək ki,  Avropa İttifaqı (Aİ) Komissiyasının prezidenti  Ursula von der Leyen də  G7 ölkələri liderləri ilə "Taliban"ı siyasi olaraq tanımamaqla bağlı eyni fikirdə olduqlarını söyləyib. O, bunu Əfqanıstanla bağlı videokonfrans yoluyla keçirilən G7 Zirvə Toplantısından sonra ortaq mətbuat konfransında dilə gətirib: “G7 ölkələri olaraq Əfqanıstan xalqını mümkün olan ən yüksək səviyyədə dəstəkləməkdə qərarlıyıq. 3 milyon 700 min nəfər yerindən-yurdundan edilib. Bunların böyük əksəriyyəti qadın və uşaqlardır.  Humanitar yardım mövzusu hakimiyyəti tanıma məsələsindən ayrıdır.”

Ursula von der Leyen  Əfqanıstana inkişaf üçün edilən yardımların  hal-hazırda dondurulduğunu və gələcəkdə də təməl dəyərlər və insan haqlarına riayət şərtinə bağlı olacağını vurğulayıb.

Xatırladaq ki, “Taliban”  yaraqlıları ardıcıl olaraq Əfqanıstanın əyalətlərini ələ keçirdikdən sonra  - avqustun 15-də  paytaxt Kabilə girərək prezident sarayını nəzarətə götürdülər.  Prezident  Əşrəf Qani istefa verərək ailəsi ilə birgə  BƏƏ-yə sığındı. Avqustun 16 -na keçən gecə isə “Taliban” siyasi bürosunun nümayəndəsi Məhəmməd Naim Əfqanıstanda müharibənin bitdiyini və əyalətdəki idarəetmə formasının yaxın gələcəkdə aydınlaşacağını açıqladı.

Qeyd edək ki, "Taliban"ın qayıdışı ilə Əfqanıstanda milyonlarla insan qaçqına çevrildi və hüquqları pozuldu. Hazırda  "Taliban” rəhbərliyi ölkənin əvvəlki hakimiyyətinin bəzi nümayəndələrinin də təmsil olunacağı 12 nəfərlik İdarəetmə Şurası yaratmaq istəyində olduqlarını bildiriblər. 

Y.MƏMMƏDLİ   

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA