Bu ilin yanvar-oktyabr aylarında ölkədə 307 ədəd yük avtomobili istehsal olunub.

TEZADLAR.AZ xəbər verir ki, Azərbaycan iqtisadiyyatı Teleqram kanalının Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 12,5 faiz və ya 38 ədəd artıb.

Təkcə oktyabr ayı ərzində ölkədə 22 yük avtomobili istehsal olunub ki, bu da sentyabr ayına nisbətdə 57,1 faiz və ya 8 ədəd çoxdur. Noyabr ayının 1-nə hazır məhsul ehtiyatı 1 avtomobil təşkil edib.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən isə cari ilin ilk 10 ayında ölkəyə 90,1 milyon ABŞ dolları dəyərində 5756 ədəd yük avtomobili idxal edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən bu növ nəqliyyat vasitələrinin dəyəri 9,4 faiz və ya 7,7 milyon dollar, sayı isə 40,9 faiz və ya 1672 ədəd artıb.

Təkcə cari ilin oktyabr ayında ölkəyə 11 milyon dollar dəyərində 694 ədəd yük avtomobili idxal edilib ki, bu da sentyabr ayı ilə müqayisədə dəyər ifadəsində 34 faiz və ya 2,79 milyon dollar, say olaraq isə 19,9 faiz və ya 115 ədəd çoxdur.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN