Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova və surəti "Təzadlar"a ünvanlı şikayəti oxuyub nəticə çıxarmağı oxucuların ixtiyarına buraxırıq...  Şikayət artıq E.Hüseynovun sosial media platformasında yayımlanıb:
"Yazıb sizə bildirmək istəyirəm ki, mən Kərimov Əhliman Əsgər oğlu, 13.11.2022 tarixində “İrşad Elektroniks” mağazalar şəbəkəsinin Həzi Aslanov filialından 350867772640015 İMEİ kodlu "SAMSUNG A235 Black" markalı telefonu 505,99 AZN qiymətinə birkart vasitəsilə ödəniş edərək “Qızıl Zəmanət”lə almışam. ”Qızıl zəmanət” üçün də əlavə 25 AZN ödəniş etmişəm. Mənə bildirildi ki, telefonu “Qızıl zəmanət”lə aldıqda əgər telefonda problem çıxarsa (1 il ərzində) və bu problemi aradan qaldırmaq mümkün olmazsa, o zaman telefon yenisi ilə əvəz olunur. 2023-cü ilin iyul ayında telefonda problem yarandı. Şəbəkə bəzən tutmurdu. Daha sonra ümumiyyətlə, sim nömrəni görmürdü. Bu haqda “İrşad Elektroniks”ə müraciət etdim(31.07.2023). Telfonu servisə apardım. Bir neçə gündən sonra problemi həll etdiklərini bildirərək telefonu tehvil verdilər. Lakin elə həmin gün eyni problem yenə baş verdi. 4 dəfə eyni problemlə bağlı telefon texniki servisə verilib. Hətta telefonun platası da dəyişdirildi. Lakin problem aradan qalxmadı. 4 dəfə görülən təmir işinə dair akt tərtib olundu. Lakin Telefonun dəyişdirilməsini tələb etdikdə inkar cavabını aldım. Deyildi ki, telefonda problem yoxdu. Mənim bu zaman ərzində həm vaxtım getdi, həm stress keçirtdim, həm də telefonsuz qaldım. Hazırda telefon yenə də “İrşad Elektronics"də dir. Cənab Eyyub Hüseynov, hörmətli redaksiya, ümid edirəm ki, Azad İstehlakçılar Birliyi bu məsələdə mənim haqlarımın bərpa olunmasına yardım edəcək. Xahiş edirəm, istehlakcı hüququmun qorunması barədə dövlət orqanları qarşısında məsələ qaldırılsın, ya telefon qüsursuz eyni markali telefonla əvəz olunsun, ya da ödədiyim pul tamlıqla qaytarılsın, bu satış şəbəkəsinin bu kimi əməlləri barədə medyaya məlumat verilsin ki, əhali aldadılmasın...".
Redaksiya olaraq adı çəkilən mağaza ilə əlaqə saxlamağa çalışırıq. 
Əlavə məlumat veriləcək.
"Təzadlar"
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN