Londonun ICE birjasında Brent markalı neftin fevral fyuçerslərinin qiyməti noyabrın 7-dən bəri ilk dəfə 84 dollar/bareldən yuxarı qalxıb.
Bakı vaxtı ilə saat 14:33-ə olan birja məlumatlarına əsasən, Brent markalı neftin qiyməti 1,87% artaraq 84,45 dollar/barel təşkil edib.
Bakı vaxtı ilə saat 14:52-də Brent fyuçersləri 84,27 dollara (+1,65%) ticarət edilib. Eyni zamanda, yanvarda WTI markalı neftin fyuçersləri 1,52% artaraq bir barel üçün 79,24 dollar təşkil edib.
E.ŞİRİNOV