Binəqədi rayonu, 6-cı mikrorayon, Svetlana Məmmədova küçəsində ağacın dibinə daş döşənməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb. 
 
Xidmətin rəsmisi Vaqif Cavadov bildirib ki, əməkdaşlarımızın nəzarəti altında 79 saylı Mənzil Kommunal İstismar Sahəsinin işçiləri tərəfindən sözügedən ağacın dibi daş döşəmədən təmizlənib və ona aqrotexniki xidmət göstərilib.
***
Qeyd edək ki, bu birinci hadisə deyil. Artıq neçə illərdir ki, bunu, guya  "səliqə" və "gözəl görüntü" kimi düşünənlər ağacların diblərinə daş döşədir, hətta yol təmir-tikintisi zamanı daha irəli gedərək, diblərini betonladanlar da olur. Bu əmri verənlər də, icraçılar da anlamır ki, ağac da canlı orqanizmdir. Onun da yaşaması - inkişaf edib böyüməsi üçün torpağının suya, nəfəs almağa ehtiyacı var. Dörd tərəfi betonlanmış, daş döşənmiş bu ağacların- kolların kökləri necə nəfəs ala bilər, necə su içə bilər? Yalnız "gözəllik" barədə düşünən və bunu anlamayacaq qədər cahil olanlar, heç olmasa yaşıllıqlarla bağlı bu işləri həyata keçirən zaman ETSN əməkdaşlarına müraciət edib, məsləhət ala bilərlər... Yəqin ki, nazirliyin əməkdaşları bu mövzuda onlara yaxşı dərs keçə bilərlər... Yoxsa, nazirlik əməkdaşları hələ çox daş, beton, plitə sökmək məcburiyyətində qalacaqlar.
Nəzərə alsaq ki, hələ gözdən- nəzərdən uzaq, diqqətdən kənar yerlərdə neçə-neçə ağac bu nadanlığın qurbanı olaraq can verir... 
Y.MƏMMƏDLİ
 
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN