2023-cü ildə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 193 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib,

121 ölkəyə məhsul ixrac olunub, 184 ölkədən idxal olunub.

TEZADLAR.AZ Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2023-cü ildə ölkənin xarici ticarət dövriyyəsi 44868,5 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 27583,2 milyon dollarını və ya 61,5 faizini ölkədən ixrac olunmuş məhsulların, 17285,3 milyon dollarını (38,5 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 10297,9 milyon dollar məbləğində müsbət saldo yaranıb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN