17-18 fevral tarixlərində Bakıda “Kənddən şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq.

Kənd Təsərrüfatı Nazirliyindən TEZADLAR.AZ-a verilən məlumata görə, yarmarkada ümumilikdə 20-dən artıq rayondan 40-dan çox fermerin iştirakı gözlənilir. Fermerlər 90-a qədər çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.

Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı) ünvanında keçiriləcək yarmarkada satışa çıxarılan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Belə ki, vətəndaşlar yarmarkada fəaliyyət göstərəcək Səyyar Qida Laboratoriyasının xidmətlərindən də faydalana biləcəklər.

Yarmarkanın keçirilməsində əsas məqsəd yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq, həmçinin şəhər sakinlərini təbii və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN