“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici valyutada uzunmüddətli emitent defolt reytinqini müsbət proqnozla “BB+” səviyyəsində təsdiqləyib.

Reytinq Azərbaycanın çox güclü xarici balansı, eyni qrupa daxil olan ölkələr arasında ən aşağı dövlət borcu və suveren fondunun böyük aktivləri hesabına yüksək maliyyə çevikliyi ilə dəstəklənir.

"Fitch" qeyd edir ki, 2023-cü ildə cari əməliyyatlar hesabının profisiti ÜDM-in 14,8 təşkil edib ki, bu, eyni qrupa olan ölkələr arasında ən yüksək göstəricidir. Neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, yaxın illərdə bu göstərici yüksək səviyyədə qalacağı gözlənilir.

2023-cü ildə ölkənin xarici valyuta aktivləri 69,8 milyard dollara çatıb və bunun 80 faizi SOFAZ-ın payına düşüb ki, bu, Fondun investisiya portfelinin rekord səviyyədə gəlirliliyini əks etdirir.

Azərbaycanın xalis suveren aktiv mövqeyi 2024-2025-ci illərdə sabit qalacağı proqnozlaşdırılır ki, bu da eyni qrup ölkələr arasında ən yüksək göstəricidir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN