Qardaş Türkiyə süni intellektdən istifadə edərək lazer silahları hazırlayıb.

Tezadlar.az CNN- Türk- ə istinadla bildirir ki, bu silahın  növlərindən biri ROKETSAN şirkəti tərəfindən hazırlanan “ALKA” (yönləndirilmiş enerji silah sistemi) lazer silahıdır. Türkiyə düşmənlərinə, xüsusən də Ermənistana göz dağı olan ALKA süni intellekt arxitekturası ilə hazırlanmış innovativ silah sistemidir. Belə ki, asimmetrik təhlükələrə qarşı elektromaqnit və lazer texnologiyalarından istifadə edən hibrid hava hücumundan müdafiə sistemidir. ALKA sistemi ilk dəfə İstanbulda keçirilən IDEF-2019 müdafiə sərgisində təqdim edilib.  İxtisaslaşdırılmış hərbi nəşrlərə görə, bu silah növü zirehli maşınlara və stasionar obyektlərə quraşdırıla bilər, o, əsasən pilotsuz təyyarələrin məhv edilməsi, həmçinin minaların və əldəqayırma partlayıcı qurğuların uzaqdan partladılması üçün nəzərdə tutulub. Silah üçün maksimal məsafə 4 km, dronun effektiv məhvetmə məsafəsi 1 km-ə qədərdir. “Alka” fərqli hədəflərə zərbə endirə bilər. Beləliklə, obyektlərin PUA hücumlarına qarşı müdafiəsi vahid quruluşa malik olacaq.

Beləliklə, Türkiyə daha bir ilkə imza atıb. Hərbi sənayesi getdikcə güclənən ölkənin belə uğurları Azərbaycanın uğuru sayıla bilər...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN