2021 -ci ilin yanvar - avqust aylarında Rusiyada araq istehsalı 45,78 milyon dekalitr təşkil edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz azdır. Bu barədə Rusiya İstehlakçıların Hüquqlarını Müdafiə Milli Birliyi məlumat yayıb. Məlumatda bildirilib ki, 2021 -ci ilin yanvar -avqust aylarında araq istehsalının həcmi 45,78 milyon dekalitr (keçən ilin eyni dövrünün səviyyəsinin 95,1% -i)  avqust ayında isə  6,55 milyon dekalitr (keçən ilin səviyyəsinin 89,3% -i) təşkil etmişdir.

Eyni zamanda, 2021 -ci ilin yanvar -avqust aylarında konyak istehsalının həcmi də 5,3% azalaraq 4,68 milyon dekalitr təşkil edib. Eyni dövrdə şampan və köpüklü şərab istehsalının həcmi də 21,7% azalaraq 5,74 milyon dekalitr təşkil etmişdir.

Bir müddət əvvəl Tatarıstanda Uşaq Hüquqları üzrə Ombudsman uşaqla mağazaya  gələn vətəndaşlara  alkaqollu içki  satışının qadağan edilməsi ilə bağlı təklif vermişdi

Qeyd edək ki, Rusiya əhalisi ən çox spirtli içki istifadə edən ölkələr sırasındadır. Hətta bir neçə il öncə, bu halın qarşısını almaq üçün mağazalarda axşam saatlarında alkaqollu içki satışı qadağan da edilmişdi. Statistik məlumatlara görə, Rusiyada ən çox Moskva sakinləri spirtli içki içir. Bu ilin birinci rübü ərzində paytaxt sakinləri  6,4 milyon dekalitr araq, konyak, şampan, şərab və digər spirtli içkilər alıblar.

İkinci yeri sakinləri 6 milyon dekalitr spirtli içkilər alan Moskva bölgəsi tutub. Üçüncü yerdə isə, şəhər əhalisinin 3,37 milyon dekaliter içki aldığı Sankt -Peterburq şəhəri qərarlaşıb.

Həmçinin “alkaqol aşiqlərinin” onluğuna  - Sverdlovsk bölgəsi (2,34 milyon), Krasnodar bölgəsi (2,16 milyon), Tatarıstan (1,63 milyon), Nijni Novqorod bölgəsi (1,62 milyon), Başqırdıstan (1,48 milyon), Çelyabinsk və Leninqrad bölgəsi (müvafiq olaraq 1,5 milyon və 1,3 milyon) daxil olublar.  

ÜST -ün 2021 -ci il məlumatlarına görə, Rusiya adambaşına düşən alkaqol miqdarına görə dünyada beşinci yerdədir .

Qeyd edək ki, alkoqolizm Rusiyada böyük bir sosial bəlaya çevrilib və ölkənin demoqrafiyasına ciddi təhlükə yaradır.

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN