2024-cü ilin yanvar-aprel aylarında ölkədə 38181,9 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz çox ümumi daxili məhsul istehsal olunub.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında  bildirilir.

Belə ki,  iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,1 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 7,7 faiz artıb.

ÜDM istehsalının 40,3 faizi sənaye, 9,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,0 faizi tikinti, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrinin, 20,0 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,1 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 3748,1 manata bərabər olub.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN