Tərlan Lətifov: ““Azerçay” markasının əsas məqsədi Azərbaycan çay mədəniyyətinin qorunması və ölkəmizdə çayçılığın inkişafına təkan verməkdir”
Bəli, başlığa çıxartdığım bu sözlər bir reklam deyil. Sadəcə milli çay məhsulumuz olduğu üçün bizə doğma və əzizdir. Hər gün istifadə etdiyimizdən tam səmimiyyətlə deyirəm ki, “Azerçay” çox dadlı və keyfiyyətlidir. Hamıya da bu çaydan içməyi tövsiyyə edirəm.
Bildiyimiz kimi, “Azerçay” öz dadı və keyfiyyəti ilə nəinki Avropanı, hətta bütün dünyanı dolaşaraq bir brendə çevrilib. Hətta Rusiyanın məşhur “Pole Çudes” verilişinin aparıcısı Leonid Yakuboviç qonaqlarına “Azerçay” hədiyyə edir. Bəs bu dünyanı dolaşan çayı kim və necə istehsal edir?
Çayın əkilməsi, beçərilməsi və istehsalı Azərbaycanın qida sənayesində mühüm rol oynayan “Azərsun-Holding” şirkətinə məxsusdur. Bu şirkətin istehsal etdiyi ərzaq məhsullarının hazırlandığı və qablaşdırıldığı müəssisələrin demək olar hamısında, təşkil olunan Mediatur çərçivəsində iştirak etmişəm. Ona görə də tam əminliklə deyə bilərəm ki, bu şirkətin istehsal etdiyi ərzaqlar, tərəvəzlər ekoloji cəhətdən tam təmizdir və heç bir qatqısı yoxdur. Heç bir kimyəvi qatqısı olmayan məhullardan biri də “Azerçay”dır. Bu çayın necə becərilməsini özümüz yerində görmək üçün ötən həftə “Azərsun-Holding” şirkətinin jurnalistlər üçün təşkil etdiyi Mediatur çərçivəsində Masallının uca dağ silsiləsində yerləşmiş Sığdaş kəndinin ərazisində salınmış çay plantasiyasında olduq.
Əvvəlcə onu deyim ki, artıq uzun illərdir “Azərsun-Holding” şirkəti ilə əməkdaşlıq çərçivəsində təşkil olunan Mediatur zamanı əksər jurnalistlərlə də səmimi dostluq münasibətləri yaranıb. Ona görə də bizim səfərlərimiz həmişə çox şən və maraqlı keçir. Bu dəfə Masallı çay plantasiyasına olan Mediatur əvvəlkilərdən xeyli fərqləndi. “Azərsun-Holding” şirkətinin Mətbuat Xidmətinin əməkdaşları jurnalistlərin yol boyu darıxmaması üçün bir viktorina təşkil etmişdilər. Bizimlə həmişə səfərlərdə birlikdə olan Mətbuat Xidmətinin rəhbəri Rza Məmmədov və əməkdaşları Cəmilə xanım, Günel xanım jurnalistlərə qayğı və diqqətlərini heç vaxt əsirgəməyiblər. Masallı səfərimizin daha maraqlı olması üçün Günel xanım elan etdi ki, “jurnalistlərə suallar veriləcək. Kim cavabı tez və düzgün tapsa, ona “Azərsun-Holding” şirkətinin məhsullarından hədiyyə veriləcək. Təbii ki, suallar da şirkətin istehsal etdiyi məhsullar barədə idi. Verilən suallara cavabı düzgün tapan jurnalistlər şirkətin çay, kompot, duz, yuyucu vasitələrdən və sairdən ibarət hədiyyələrlə mükafatlandırıldı. Verilən suala düzgün cavab tapıb kompot dəstini qazanan jurnalistlər arasında bu sətirlərin müəllifi də vardı.
Səfərimizin belə maraqlı təşkili üçün “Azərsun-Holding” şirkətinin Mətbuat Xidmətini bütün əməkdaşlarına, o cümlədən şirkətin bütün rəhbərliyinə təşəkkürümü bildirirəm. Beləliklə, jurnalistlərin dili ilə desək, gəlib hadisə yerinə, yəni Masallı çayn palntasiyasına çatdıq. Burada işləyən qızların sürətlə çay dərmələrini görmək olduqca maraqlı mənzərə idi. Bu səhayə cavabdeh olan şəxslərin çayın becərilməsi və keyfiyyəti haqqında fikirləri də olduqca maraqlı idi.
Artıq hamıya məlumdur ki, kənd təsərrüfatının inkişaf edən sahələrindən biri də çayçılıqdır. Bir müddət əvvəl çayçılığın inkişafına dair “2018–2027-ci illər üçün Dövlət Proqramı”nın imzalanması bu sahədə görülən işlərin genişlənməsinə təkan verdi.
Dövlət qurumları ilə yanaşı özəl şirkətlərdə çayçılığın inkişafına dəstək olur. Xüsusilə də qida sənayesinin əsas təminatçılarından biri “Azərsun Holdinq” tərəfindən təqdim edilən “Azerçay” markasının bu istiqamətdə həyata keçirdiyi layihələr özünəməxsusluğu ilə seçilir.
Hazırda isə “Azerçay” çayçılıq plantasiyalarında yığım mövsümü başladığından şirkətin Masallı rayonundakı çay plantasiyasına təşkil etdiyi mediatur xüsusi maraq kəsb edirdi.
Media nümayəndələri yığım prosesi, çayın becərilməsi, müasir suvarma avadanlıqları ilə əyani tanış oldular.
“Azerçay” markasının marketinq müdiri Tərlan Lətifovun sözlərinə görə marka dünyanın 40-dan çox ölkəsində çay mədəniyyətini təmsil edir:
“ “Azerçay” markasının əsas məqsədi Azərbaycan çay mədəniyyətinin qorunması və ölkəmizdə çayçılığın inkişafına təkan verməkdir. Masallı çay bağları ilə yanaşı, cənub regionunda 4 mindən artıq fermerin öz təsərrüfatında yetişdirdiyi məhsulu tədarük edirik. Məhsullarımızı daxili bazarla yanaşı dünyanın 40 dan çox ölkəsində istehlakçılara təqdim etməklə çay mədənyyətimizi təmsil edirik”.
Daha sonra jurnalistlərlə həmsöhbət olan “Sun Tea” çay fabrikinin rəhbəri Nuriyyə Rəhmanova bu il məhsuldarlığın yüksək olacağını qeyd edib:
“Hazırda ilin ilk yığım prosesi gedir. Ölkəmizdəki iqlim şəraitinə əsasən məhsuldarlığımızın yüksək olacağını proqnozlaşdırırıq. Məhsulumuz yüksək keyfiyyət standartlarına görə həm yerli, həm də dünya bazarında rəğbətlə qarşılanır”.
Qeyd edək ki, Doğma Çay markası "Made in Azerbaijan" yazısını üzərində daşıyan çay məhsullarını beynəlxalq sərgilərdə nümayiş etdirir və Azərbaycan çayının dünyada tanıdılması ilə qürur duyur.
İnanırıq ki, hələ bundan sonar da nəinki “Azərçay” bizimüçün, hətta Avropanın və dünyanın dogma çayına çevriləcək.
Elçin Məmmədli,
Bakı-Masallı-Bakı