Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 8 ayında proqnozla müqayisədə 3 faiz və ya 119 mln. manat çox olmaqla 4 mlrd. 573 mln. manat təşkil edib.

TEZADLAR.AZ DSMF-nin  8 aylıq  sosial göstəricilərinə əsasən xəbər verir ki, Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 3 faiz və ya 103 mln. manat artaraq 3 mlrd. 718 mln. manat olub.

Yanvar-avqust aylarında DSMF-nin xərcləri 4 mlrd. 580 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz və ya 551 mln. manat çoxdur.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN