“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 2021-ci il sentyabrın 27-də qida məhsulları sahəsində fəaliyyət göstərən 62 sahibkarlıq subyekti

qida təhlükəsizliyi qeydiyyatına alınıb.  AQTA-nın məlumatına görə, qeyd edilən tarixdə 6 sahibkarlıq subyektində aparılan təftiş və ekspertiza nəticəsində həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.

Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:  

Subyektin adı

Fəaliyyət 

istiqaməti

İmtina səbəbi

1

Hüseynov Mərdan

Fəxrəddin oğlu

 

ilkin istehsal

Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil.

2

Abdullayev Ədalət Əhəd oğlu

ilkin istehsal

Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil.

3

"PLANT AGRO" MMC

istehsal

Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil.

4

Qaragözova Nərgiz Rəcəb qızı

istehsal

Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil.

5

Heydərov Azər Əkbər oğlu

topdan satış

Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil.

6

Səmədov Elxan Fərrux oğlu

ictimai iaşə

Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil.

 


 Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.

***

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Əsasnaməsi əsasən, Agentliyin fəaliyyət istiqamətləri aşağıdakı kimidir:

- müvafiq sahədə vahid dövlət siyasətinin hazırlanmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;

- müvafiq sahədə dövlət tənzimləməsini, dövlət nəzarətini və əlaqələndirməni həyata keçirir;

- müvafiq sahədə normayaratma fəaliyyətini, o cümlədən qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni (sanitariya norma və qaydalarının, habelə gigiyena normativlərinin hazırlanmasını və təsdiqini) həyata keçirir;

- ölkədə qida məhsulları sahəsində fəaliyyət göstərən subyektləri qida təhlükəsizliyi baxımından qeydiyyata alır və dövlət reyestrini aparır;

- qida məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin istehlakçılarının hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə riayət edilməsinə dövlət nəzarətini həyata keçirir;

- qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sertifikatları verir;

- müvafiq sahənin inkişafını təmin edir.

TƏQDİM ETDİ: Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN