Bu ilin yanvar-avqust ayları ərzində 39 hərrac keçirilib. Hərraclarda 5 səhmdar cəmiyyətinin səhm paketi, 6 kiçik dövlət müəssisəsi, 495 nəqliyyat vasitəsi satılıb.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət XidmətinDƏN TEZADLAR.AZ-a bildirilib ki, hesabat dövründə hərraca çıxarılan dövlət əmlakı üzrə 372 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron Hərrac” proqram təminatı vasitəsilə 47 onlayn qoşulma reallaşıb.

Cari ilin ilk 8 ayında özəlləşdirmədən dövlət büdcəsinə 105,5 milyon manat vəsait daxil olub, ötən ilin eyni dövrü ilə müqayisədə 18,3 faiz artım qeydə alınıb.

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-avqust ayları ərzində 421-i qeyri-yaşayış, 2338-i isə torpaq sahəsi üzrə olmaqla 2759 yeni icarə müqaviləsi bağlanılıb.

2024-cü ilin ilk 8 ayında daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 25,3 milyon manat vəsaitin ödənilməsi təmin olunub, ötən ilin eyni dövrü ilə müqayisədə 16 faiz artım qeydə alınıb.

Beləliklə, 2024-cü ilin yanvar-avqust ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə 130,8 milyon manat vəsait daxil olub.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN