Azərcell Akademiyası tərəfindən Energetika Nazirliyinin əməkdaşları üçün “Effektiv ünsiyyət bacarıqları” və “Stressin idarə olunması” mövzularında təlimlər keçirilib.
Energetika Nazirliyinin mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, təlimlərdə Akademiyanın rəhbəri Aynur Abbasova və əməkdaşı Cəmilə Ağayeva təqdimatlarla çıxış edərək vətəndaşlarla kommunikasiyanın düzgün qurulması, effektiv ünsiyyət metodları, stress yaradan faktorlar, stressin idarə olunması strategiyaları və digər mövzular haqqında geniş məlumat veriblər. Sonra iştirakçıları maraqlandıran suallar ətraflı şərh edilib.
Təlimlərdə Energetika Nazirliyi, nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və nazirliyin tabeliyindəki Enerji Məsələlərini Tənzimləmə Agentliyinin əməkdaşları iştirak edib.
R.XUDATQIZI