Bu gün İtaliyanın Milan şəhərində Beynəlxalq Astronavtika Federasiyasının 75-ci konqresi, həmçinin Federasiyaya üzv ölkələrin nazirlərinin və parlament üzvlərinin 14-cü beynəlxalq iclası öz işinə başladı.

TEZADLAR.AZ xəbər veriri ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov məlumat paylaşıb.

O qeyd edib ki, Konqresdə təbii fəlakətlər, iqlim dəyişikliyi kimi qlobal problemlərin idarə olunmasında və risklərin azaldılmasında kosmos fəaliyyətinin əhəmiyyəti, imkanları və digər mövzular müzakirə edilib.

"Tədbirin ilk sessiyasında “İqlim dəyişikliyi kontekstində davamlı və inklüziv inkişaf məkanı” mövzusunda çıxış etdim. Çıxışımda Azərbaycanın kosmos sənayesinin inkişafına töhvəsi, bu sahədə son illər görülən işlər, qanunvericiliyin təkmilləşdirilməsi, kosmosun iqlim dəyişikliyi və iqtisadi inikişafda rolu, Azərbaycanın qlobal çağrışlarının həllində BMT və digər beynəlxalq və regional platformalar çərçivəsində reallaşdığı töhvələr və digər məsələlər barədə fikirləri təqdim etdim", - deyə bildirib.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN