Məlumdur ki, Azərbaycan Respublikası Prezidenti “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması haqqında Fərman imzalayb. Sənədə əsasən, Şərqi Zəngəzur iqtisadi rayonunun Cəbrayıl rayonu ərazisində “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılacaq.

Fərmanının əhəmiyyəti haqqında mətbuata açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib ki, kifayət qədər böyük iqtisadi imkanları olan Şərqi Zəngəzur iqtisadi rayonunun 27 ildən çox işğal altında qalması səbəbindən potensialından istifadə edilə bilinməyib: “İşğaldan azad olunmamışdan əvvəlki ildə sözügedən iqtisadi rayonda cəmi 97 milyon 838 min manatlıq məhsul istehsal olunub. Bu istehsal da həmin rayonlardan bəzisinin bizim nəzarətimizdə olan yaşayış məntəqələrində və respublikanın digər bölgələrində məskunlaşan idarə və müəssisələri hesabına baş verib. Şərqi Zəngəzurun ölkə iqtisadiyyatının əsas sahələri üzrə məhsul buraxılışında xüsusi çəkisi cəmi 0.1 faiz olub. Bu o deməkdir ki, uzun müddət işğal altında qalan böyük ərazilərimizin ümümi iqtisadiyyatda payı heç bir tam rəqəmlədə ifadə olunmayb. Göründüyü kimi, 27 ildən çox müddətdə həmin ərazilərimizin böyük iqtisadi potensialı Ermənistan işğalı nəticəsində məhv edilib.

Cəbrayıl rayonunda Sənaye Parkının yaradılması regionun sənaye potenisalının reallaşmasına imkan verəcək. Şərqi Zəngəzur iqtisadi rayonu təbii ehtiyatlarının həcmi baxımından seçilən rayonlarımızdandır. Bu, sənaye məhsullarının istehsalı üçün yeni imkanlar yaradır.

Digər tərəfdən, Şərqi Zəngəzur iqtisadi rayonunda çox yaxın gələcəkdə regional nəqliyyat və logistik şəbəkə formalaşacaq. Zəngəzur dəhlizinə inteqrasiya və Naxçıvan Muxtar Respublikası ilə nəqliyyat-kommunikasiya xətlərinin bərpası kontekstində logistik imkanlar daha da güclənəcək. Bu isə yeni tranzit və ixrac potensialı deməkdir”.

A.Hüseynov onu da vurğulayıb ki, Sənaye Parkında həm emal, həm də təkrar emal müəssisələrin yaradılacağı gözlənilir: “Sənədə əsasən, qabaqcıl texnologiyalara və “yaşıl enerji” konsepsiyasına əsaslanan rəqabətqabiliyyətli və innovativ sənaye sahələrinin, o cümlədən tikinti materialları istehsalının dəstəklənməsi prioritet olacaq. Bütövlükdə, Sənaye Parkı Şərqi Zəngəzur iqtisadi rayonunda yeni istehsal sahələrinin yaradılmasına və məşğulluğun təmin olunmasına xüsusi töhvə verəcək. Bu isə regionun qeyri-neft ixrac imkanlarının formalaşacağından xəbər verir”.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN