Dünyada elm və texnologiya, paralel olaraq iqtisadiyyat inkişaf etsə də, yoxsulluq bitib-tükənmir...
Məsələn, Ermənistan batıb-qırılır... Amma Gürcüstanda isə hər 3 uşaqdan biri yoxsulluq həddindən aşağı şəraitdə yaşayır. Tezadlar.az ölkənin Sosial Xidmət Agentliyinin Statistik məlumatlarına istinadla bildirir ki, 2025-ci ilin yanvar ayına olan məlumata görə, ölkədə 16 yaşa qədər olan 249 min 854 nəfər sosial müavinət alır. Rəsmi statistikaya əsasən, Gürcüstanda bu yaş qrupunda ümumilikdə 803 min 347 uşaq var. Sosial Xidmət Agentliyinin məlumatına görə, ən çox sosial yardım alan uşaq Tbilisidədir – 55 min 542 nəfər, ikinci sırada isə Kvemo Kartli bölgəsidir – 41 min 167.
Regionlar üzrə sosial müavinət alan uşaqların sayını belədir: ● Tbilisi – 55,542; ● Kvemo Kartli – 41,167; ● İmereti – 30,578; ● Sameqrelo-Zemo Svaneti – 27,160; ● Acara – 26,002; ● Kaxeti – 24,344; ● Şida Kartli – 19,029; ● Quria – 9,242; ● Samtsxhe-Cavaxeti – 7,833; ● Mtsxeta-Mtianeti – 6,302; ● Raça-Leçxumi və Kvemo Svaneti – 2,655.
Ümumilikdə, 2025-ci ilin yanvar ayına olan məlumata görə, Gürcüstanda yaşayış müavinəti alan və sosial cəhətdən həssas statusa malik insanların sayı 696 359 nəfər təşkil edir. Onlardan 465 026 nəfəri yalnız yaşayış müavinəti alanlar, 231 333 nəfəri isə sosial təminatlı dövlət məşğulluğun təşviqi proqramına cəlb edilmiş, sosial müdafiəsiz statusunu qoruyub saxlayan şəxslərdir.
Azərbaycana gəlincə, ölkəmizdə ailələrin sosial vəziyyətinin yaxşılaşdırılması üçün müvafiq addımlar atılır, bununla belə bəzi ailələrin sosial durumunda problemlər qalır. Bu isə daha çox Ermənistanın 30 il davam etmiş işğalçılıq politikasından ziyan görmüş ölkə iqtisadiyyatı və milyona yaxın qaçqın və məcburi köçkünlərin mövcudluğundan, hələ də doğma yurdunda məskunlaşmamasından qaynaqlanan problemdir.
A.Məmmədli