Gürcüstanın baş naziri İrakli Kobaxidze Azərbaycanla dəmir yolu əlaqəsinin bərpası ilə bağlı danışıqların aparıldığını açıqlayıb.
O, Bakı-Tbilisi qatarlarının təyinatına görə İlham Əliyevə minnətdarlığını bildirib.
Kobaxidze qeyd edib ki, bu, iki dövlət üçün çox vacib və qarşılıqlı faydalıdır. Lakin hökumət başçısı sərnişinlərə xidmətin bərpasının vaxtını açıqlamayıb.
İrakli Kobaxidze Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin qatarlarının təyin edilməsinə görə Azərbaycan prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
JASMİN