...Azərbaycanın avtomobil bazarında xaos həmişə olub və nizamlanmır... Nəticədə avtomobil bazarımız nizamlanmır, ölkə köhnə, ekoloji zərərli avtomobillərlə dolub-daşır. İndi də dövlət rüsumlarının artırılmasına qərar verilib... Tanınmış ekspert Sahib Məmmədovun şərhi diqqəti cəlb edir: "...Ölkəyə gətirilən avtmobillərə görə gömrük rüsumlarının son artımından sonra Azərbaycan sürətlə Gürcüstanın avtoxlam poliqonuna çevrilməkdədir. Gömrük rüsumlarından əldə edilən gəlirin ən azı 15 misli qədər itiriririk. Daha doğru təhlili yəqin ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi təqdim edə bilər. Amma avtoxlamın ətraf mühitə, yol infrasturukturuna vurduğu zərər, avtoqəzalar nəticəsində yaranan xərclər şəksiz ki, dövlətin əldə etdiyi gəlirlərdən qat-qat çoxdur. Amma bunu kimə demək mümkündür? Fiskal orqanlar nə etmək istəyir? Məqsəd nədir? Bunu izah edəcək kimsə varmı? Gömrük komitəsinə rəhbərlik edən və bu orqanda çalışanların yalnız daha çox vergi toplamaq uğrunda mübarizəsi ölkə daxilində problemlər yaratmaqdadır. Gömrük orqanının əsas işi rüsum toplamaq deyil axı.
İndi də qəzetlər yazır ki, dövlət rüsumu haqqında qanuna yenidən dəyişiklik ediləcək- avtomobillərə və mobil telefonlarla bağlı...".
Bəli, yerli istehsalı olmayan məhsullara gömrük rüsumunu artırmaq yolu ilə dövlət büdcəsini doldurmaq yolu doğru deyil. Bunun fəsadlarını başqa sahələrdə görəcəyik... Düzdür, gömrük rüsumu az olanda isə ölkə avtomobillərlə dolub-daşır, Bakı tıxaclara yüklənir... Bunu da nəzərə alıb bu sahəni nizamlamaq lazımdır...
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN