Azərbaycanın bu ilin 9 ayı ərzində qeyri- neft sektoru üzrə mal ixrac etdiyi ölkələrin adları açıqlanıb. İlk üçlükdə Rusiya, Türkiyə və İsveçrə qərarlaşıb.

 Bu barədə Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi  “İxrac İcmalı”nın oktyabr sayında qeyd edilib.

2021-ci ilin yanvar-sentyabr ayları ərzində Rusiya Federasiyasına 586,5 milyon ABŞ dolları, Türkiyəyə 455 milyon ABŞ dolları, İsveçrəyə 174 milyon ABŞ dolları, Gürcüstana  120,5  milyon ABŞ dolları və ABŞ-a  54,8  milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. Digər yerləri müvafiq olaraq: Ukrayna (36,2 milyon ABŞ dolları), Braziliya (31,5 milyon ABŞ dolları), Çin (27,4 milyon ABŞ dolları), Belçika (26,4 milyon ABŞ dolları), Qazaxıstan (26,1 milyon ABŞ dolları).

Normallaşma prosesinin davam etdiyi dövrdə sentyabr ayı üzrə ümumi ixrac 1,7 mlrd ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 75,2% təşkil etməklə 224,7 mln ABŞ dolları olub. 2021-ci ilin sentyabr ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 34,5% artaraq 46,2 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 90% artaraq 178,5 milyon ABŞ dolları təşkil edib.

2021-ci ilin sentyabr ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (64,2 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə ikinci (47,7 milyon ABŞ dolları) və İsveçrə üçüncü (19,2 milyon ABŞ dolları) olub.

2021-ci ilin sentyabr ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında karbamid (18,5 milyon ABŞ dolları) birinci, qızıl (18,1 milyon ABŞ dolları) ikinci və metanol  (15,7 milyon ABŞ dolları) üçüncü olub.

TƏQDİM ETDİ: Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN