2021-ci ilin sentyabr ayında Azexport.az portalına ən çox ixrac sifarişi pambıq, xurma, nar şirəsi, fındıq ləpəsiun, meyvə cemi,  kərə yağı, qızılgül, qənnadı məhsulları,  tütün,  mühərrik yağı və s. mallara daxil olmuşdur.

Bu barədə Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi  “İxrac İcmalı”nın oktyabr sayında qeyd edilib.

2021-ci ilin yanvar-sentyabr ayları ərzində portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində isə 9,6 milyon ABŞ dolları ilə ABŞ,  7,2 milyon ABŞ dolları ilə Fransa, 6,6 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 3,7 milyon ABŞ dolları ilə Malayziya və 1,3 milyon ABŞ dolları ilə BƏƏ qərarlaşıb.

"İxrac İcmalı"nda qeyd edilib ki, 2021-ci ilin sentyabr ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 124,3 milyon manat təşkil edib. 2021-ci ilin yanvar-sentyabr aylarında isə əcnəbilər bank kartları vasitəsi ilə 836,5 milyon manatlıq əməliyyat aparıblar.

2021-ci ilin yanvar-sentyabr aylarında Azexport.az portalına 367,6 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. 2021-ci ilin sentyabr ayında Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 43,2 milyon ABŞ dolları təşkil edib. 2021-ci ilin sentyabr ayında Azexport.az portalına ən çox ixrac sifarişi pambıq, xurma, nar şirəsi, fındıq ləpəsiun, meyvə cemi,  kərə yağı, qızılgül, qənnadı məhsulları,  tütün,  mühərrik yağı və s. mallara daxil olmuşdur. Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2021-ci ilin 30 sentyabr tarixinə kimi (57 ay ərzində) Azexport.az portalına dünyanın 145 ölkəsindən  daxil olan ixrac sifarişlərinin dəyəri 2,59 milyard ABŞ dolları təşkil edib.

Həmçinin “İxrac İcmalı”nda göstərilib ki, 2021-ci ilin oktyabr ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə  həyata keçirilən qeyri-neft ixracının dəyəri 23,3 milyon ABŞ dolları olub. 2017-ci ildən 2021-ci ilin noyabr ayına qədər “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə ixrac edilən mal və məhsulların dəyəri 665 milyon ABŞ dolları təşkil edib.

TƏQDİM ETDİ: Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN