Azərbaycanda avtonəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı üzrə dövlət rüsumlarının məbləği dəyişdirilir.

Trend xəbər verir ki,  Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibakrlıq komitəsinin bu gün keçirilən iclasında "Dövlət rüsumu haqqında" qanuna bununla bağlı dəyişiklik təklif olunur.

Təklifə əsasən, rüsumlar dövlət nömrə nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə müəyyən edilib.

Belə ki, 001, 002, 003, 004, 005, 006, 007,008, 009 üçün
- müxtəlif seriya - 1500 manatdan 2000 manata;
- eyni seriya - 2500 manatdan 3000 manata;

100, 200, 300, 400, 500, 600, 700, 800, 900 üçün
- müxtəlif seriya - 1000 manatdan 1500 manata;
- eyni seriya: 1500 manatdan 2000 manata;

111, 222, 333, 444, 555, 666, 777, 888, 999 üçün
- müxtəlif seriya: 500 manatdan 1000 manata;
- eyni seriya: 1000 manatdan 1500 manata qaldırılır.

Yuxarıda göstərilmiş rəqəm və ya hərflərin kombinasiyası istisna olmaqla, avtonəqliyyat vasitələri üçün digər dövlət qeydiyyat nişanlarının verilməsinə, habelə yuxarıda göstərilmiş rəqəm və ya hərflərin kombinasiyası da daxil olmaqla, dövlət qeydiyyat nişanının təkrar verilməsinə görə 30 manat rüsum müəyyənləşəcək.

Hazırda isə bu rəqəm 22 manatdır.

TEZADLAR.AZ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN